İnkişaf Mərkəzi

Ana südü ilə bəslənən körpələr daha ağıllı olur

Ana südünün körpələrin ilk 6 aylıq tam qidalanma eytiyacını ödədiyi bildirilir. Həmçinin ana südü körpələri bir çox xəstəliklərə tutulmaqdan qoruyur.

Özəl Həyat Xəstəxanasının Uşaq Xəstəlikləri üzrə mütəxəssisi dr. Tamer Parıldar, doğuşdan sonra gələn ilk sarı südün çox dəyərli olduğunu və körpələri xəstəliklərdən qoruyan ilk həlledici amil olduğunu söylədi.  Ana südü ilə bəslənən körpələrin daha ağıllı olduğunu bildirən DR.Parıldar,,“Ana südü körpələrin ilk 6 aylıq tam qidalanma ehtiyacını ödəyə biləcək ən yaxşı qidadır. Ana südü və doğumdan sonrakı ilk sarı süd körpə üçün çox vacibdir və onun immunitetini artıraraq müxtəlif yoluxucu  xəstəliklərdən qoruyur. Ana südü körpələr üçün həyati vacib bir əsasa malikdir. Digər cəhətdən, ananın körpəsi ilə sevgi bagı yaratmasının ən yaxşı yolu əmizdirməkdir.

Ana südü ilə qidalanan uşaqların digər qidalarla qidalanan uşaqlara nisbətən, gələcəkdə daha ağıllı olduqları məlum olmuşdu. Körpənin ilk 6 ayda ehtiyac duyduğu zülal, yağ, dəmir, vitamin kimi əvəzolunmaz qida komponentlərini özündə birləşdirən ideal qida mənbəyi ana südüdür. Içindəki qoruyucu maddələr hesabına körpəni infeksion xəstəliklərdən qoruyur. Ana südünün həzmi asandır, qaynatmağa ehtiyac yoxdur. Daima təzə, təmiz və körpəyə verilmək üçün  hazır şəkildədir. “ - dedi.

Kifayət qədər su və vitamin ehtiyatına ana südünün tərkibində rastlandığını deyən Parıldar, həm də vurğuladı ki, ana südündə körpənin böyüməsi üçün gərəkli olan maddələr inək südündə olandan qat-qat artıqdır.

Ana südündə lazımınca su və vitamin ehtiyatı olduğu üçün çox isti aylarda belə körpəyə su verməyə və ilk 6 ayda meyvə suyu verməyə ehtiyac olmadığını vurğulayan dr.Parıldar əlavə etdi ki: Ana südü ilə bəslənən uşaqlar astma, allergiya və uşaq diabeti kimi xəstəliklərə qarşı çox müqavimətə malik olurlar və onlarda xərçəngə  rast gəlmə ehtimalı  daha aşağı olur. Ana südündə lazımı qədər dəmir olduğu üçün bu körpələrdə qan azlığına rast gəlinmir. Bu körpələrdə həm də qarın ağrısına, köp və qəbizliyə az rast gəlinir.

Ana südü hər körpə üçün ən yaxşı, ən təbii, hər zaman təmiz və mikrobsuz bir qidadır deyən DR. Tamer Parıldar, ana südünün orqanizm tərəfindən mənimsənilməsinin də asan olduğunu və doğmalıq bağlarını daha da artırdığını bildirdi.
Nəticə olaraq DR.Tamer Parıldar fikrini belə yekunlaşdırdı: Doğuşdan sonrakı ağız südü körpəni xəstəlikdən qoruyur. Anayla körpəsi arasında özəl bir bağ yaradır. Əmizdirmə ananın sağlamlığını mühafizə edir, süd vəzisi və uşaqlıq xərçənginə tutulma riskini azaldır. Körpənizi ilk 6 ay ərzində sadəcə ana südü ilə bəsləyin!



 

Şǝrhlǝr 

 
-1 # Pervin 2011-08-26 20:06
salam.men sizden meslehet almaq isteyirem xais edirem cavablandirasiniz.menim korpem dogularken xestexanada ona hipp preya verildi sonra usaqda qebzdik oldugundan hekin mesleheti ile friso preye verdim ona.o qurtardiqdan sonra malutqa verirem amma qarni pozulub gedir.bu neden ola biler xais edirem sualima cavab yazin.
Cavab yaz | sitat gǝtirmǝklǝ cavab yaz | Sitat
 
 
0 # guler 2013-04-21 19:32
duz melumatdir.tewekurrr : :-*
Cavab yaz | sitat gǝtirmǝklǝ cavab yaz | Sitat
 

Şǝrh yaz


Tǝhlükǝsizlik kodu
Yenilǝ

Telman İbrahimovla müsahibə

- Pozitivlik, enerji dolu, gülüş, daxili motivasiya, hər hadisə insanın öz əlindədir ideologiyaları ilə yaşayan Telman İbrahimov. ...

Biz Facebookda

  Ana Səhifə Sağlamlıq və Beyin Ana südü ilə bəslənən körpələr daha ağıllı olur